...

Moskvada təhsil alan Azərbaycan gəncləri hakim partiyanın prezidentliyə namizədliyini dəstəkləyəcəklər

Siyasət Materials 15 Sentyabr 2008 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir S.İsmayılbəyli/ Moskvada təhsil alan Azərbaycan gənclərinin Təşəbbüs Qrupu Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd, indiki dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Trend -a bazar ertəsi daxil olan müraciətdə qeyd olunub ki, Təşəbbüs Qrupu İlham Əliyevin Rusiya ərazisində təbliğat kampaniyasında yaxından iştirak etmək niyyətindədir.

"İlham Əliyevin Azərbaycan gənclərinin böyük və həqiqi dostu olduğu hamıya bəllidir. Biz əminik ki, ölkənin gənc nəsli hakimiyyətin namizədinə səs verəcək" - müraciətdə vurğulanıb.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. MSK hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədri , hazırkı dövlət başçısı İlham Ə liyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəylinin prezidentliyə namizədliyini qeydə alıb. Qeydə alınma prosesi artıq başa çatıb.

Təşəbbüs Qrupu İlham Əliyevin namizədliyini müdafiə etmək üçün Rusiyada geniş təbliğat və izahat işləri aparmaq niyyətindədir.

YAP 1992 - ci ildə, o zaman Naxçıvan Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildən artıqdır hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti