Azərbaycan, Bakı, 16, sentyabr / Trend , müxbir S.Kazımlı / Bakının Nəsimi rayonunun Gövhər Səfərəliyeva küçəsində, Bakı sakini Məmməd Gülməmmədova məxsus "Pajero" markalı avtomobildən oğurluq edilib.
Nəsimi rayon Polis İdarəsindən (RPİ) çərşənbə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 14-də saat 16:00 radələrində qapını açma yolu ilə avtomobildən 8 min ABŞ dolları oğurlanıb.
Hazırda oğurluq edən şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Nəsimi RPİ-də Azərbaycan Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]