...

Türkiyə prezidenti ABŞ-a səfər edəcək

Siyasət Materials 19 Sentyabr 2008 12:38 (UTC +04:00)

Türkiyə prezidenti Abdullah Gül BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün şənbə günü Nyu-Yorka yola düşəcək. Bu haqda Türkiyənin "Dünyabulteni" agentliyi məlumat verib.

2009-2010-cu illərdə BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvlüyünə namizəd olan Türkiyənin XİN rəhbəri Əli Babacan BMT-nin 63-cü sessiyasında iştirak etmək üçün artıq Nyu-Yorkdadır. Gül və Babacanın BMT Baş Assambleyası çərçivəsində sentyabrın 22-də və 26-da ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti