...

AŞPA Kipr türklərinə təcriddən çıxmaq imkanı verdi - Şimali Kipr Türk Respublikasının prezidenti

Siyasət Materials 1 Oktyabr 2008 15:15 (UTC +04:00)
AŞPA Kipr türklərinə təcriddən çıxmaq imkanı verdi - Şimali Kipr Türk Respublikasının prezidenti

Fransa, Starasburq, 01oktyabr/ Trend , müxbir A. Məhərrəmli/AŞPA - nın payız sessiyasında çıxış edən Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Mehmet Əli Tələt, adanın türk ictimaiyətinin təcriddən çıxmasına AŞPA - nın kömək göstərdiyini bildirib.

"AŞPA ilk beynəlxalq parlamentdir ki, Kiprin türk ictimaiyyətinin nümayəndələrini qəbul edib. Bu, Kipr türklərinə təcriddən çıxmaq imkanı verdi" - deyə, ŞKTR - nin prezidenti Tələt bildirib.

Onun sözlərinə görə, Kiprin türk əhalisi bu günədək Kipr probleminin qurbanı olsa da, problemi həll etmək üçün qisas hissinin əsiri olmadan müəyyən addımlar atılıb.

" Kiprin türk parlament üzvləri AŞPA - nın sayəsində beynəlxalq arenaya çıxa bildilər. Keçən əsrin 50- ci illərindən bəri Kipr türklərinin bir arzusu olub; öz müqəddəratını təyin etmək və öz hökumətlərini qurmaq." - deyə o əlavə edib

Tələt onu da əlavə edib ki, Türkiyə Kipr probleminin səbəbkarı kimi qələmə verilsə də, bu problem, 1974 - cü ildə Türkiyə adaya müdaxilə etmək məcburiyyətində qalmazdan əvvəl də mövcud idi.

Həmin ildə Türkiyə Kiprin təhlükəsizliyinə digər təminatçı ölkə olan Britaniyaya, adaya birlikdə müdaxiləni təklif etdi, lakin təklif qəbul olunmadığından,Türkiyə bu vəzifəni özü yerinə yetirdi" - deyə Tələt bildirib.

Xəbər lenti

Xəbər lenti