...

İranın XİN rəhbəri cümə günü Pakistana səfər edib

Siyasət Materials 10 Oktyabr 2008 12:03 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki cümə günü səhər Pakistan rəsmiləri ilə müzakirələr aparmaq məqsədilə bu ölkəyə səfər edib. Bu barədə İranın İRİBNEWS xəbər saytı məlumat verib.

Müttəkini İslamabadın Çeklala hava limanında Pakistanın XİN rəhbəri və İranın Pakistandakı səfiri qarşılayıb.

Müttəki bir günlük səfəri çərçivəsində Pakistan prezidenti, Baş naziri və XİN rəhbəri ilə görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti