...

"Seçki 2008" QHT Koalisiyasının müşahidəçiləri bəzi məntəqələrdə təşkilati işlərin qaydasında olmadığını bildirir

Siyasət Materials 15 Oktyabr 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend / "Seçki 2008" QHT Koalisiyasının bu gün ölkədə keçirilən prezident seçkisində 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 12.00 üçün verdiyi məlumata görə, səsvermə prosesində ajiotaja səbəb olacaq çoxsaylı hallar müşahidə edilməyib. Bu barədə Trend -a "Seçki 2008" QHT Koalisiyasından məlumat verilib.  

Koalisiyanın müşahidəçilərinin verdiyi məlumata görə, 121 saylı Laçın Seçki Dairəsinin məntəqələrində ən aşağı fəallıq qeydə alınıb.

70 saylı Masallı Seçki Dairəsinin 1 saylı səsvermə məntəqəsində seçki komissiyasının üzvləri seçicilərin çoxluğu üzündən normal iş şəraiti yaratmaqda çətinlik çəkiblər və müşahidəçilər də prosesi normal şəkildə izləyə bilməyiblər.

59 saylı Salyan Seçki Dairəsinin 23 saylı məntəqəsində müvafiq sənədlərin divardan asılmasında qüsurlar müşahidə edilib.

Koalisiyanın məlumatına görə, 35 saylı Xətai III Seçki Dairəsinin əksər məntəqələrində təşkilati işlər qaydasında deyil, hətta bir müəssisədə 7 məntəqənin yerləşdirilməsi halı mövcuddur.

Xəbər lenti

Xəbər lenti