Gürcüstan, Tbilisi, 06 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Cümə axşamı Tbilisidə "Cənubi Qafqaz üçün Avropa strategiyası" adlı beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Haynrix Bel Fondunun Cənubi Qafqaz regional bürosu və Bertelsman Fondudur.
Təşkilatçıların fikrincə, bu, Avropa və Cənubi Qafqaz strateji əməkdaşlığı yolunda ilk addımdır.
Bel Fondundan bildiriblər ki, bu əməkdaşlığın məqsədi gürcü-osetin münaqişəsindən sonra Cənubi Qafqaza münasibətdə yaranan boşluğun doldurulmasıdır. Noyabrın 7-dək davam edəcək konfransın mövzusu müharibənin regionda demokratik proseslərə təsiri, Cənubi Qafqaz ölkələrinin xarici siyasət istiqamətləri ilə bağlı məsələləri əhatə edir.
Konfransın işində Azərbaycan, Ermənistan, Gürcüstan və Avropa ölkələrindən olan siyasətçi və ekspertlər iştirak edəcəklər. Konfrans iştirakçıları arasında reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili, Respublika Partiyasının lideri Tina Xidaşeli, Gürcüstanın Demokratik İnkişaf Fondunun prezidenti Nino Burdcanadze də var.
Məqalə müəllifi ilə əlaqə ünvanı: trend@