...

Azərbaycan 2009 - cu ildə müdafiə və təhlükəsizlik sahəsinə iki milyard manat maliyyə ayırıb

Siyasət Materials 7 Noyabr 2008 16:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 noyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan 2009 - cu ildə müdafiə və təhlükəsizlik sahəsinə iki milyard manatdan artıq (2,5 milyard dollara yaxın) maliyyə vəsaiti ayırıb. "Bu, kifayət qədər böyük məbləğdir", - bu barədə cümə günü Azərbaycan parlamenti komissiyalarının birgə iclasında 2009 - cu il üzrə dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Trend - un arayışı: 2008 - ci ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 1,5 milyard manat (1,850 milyon dollar) olub.

Nazir qeyd edib ki, 2003 - 2008 - ci illərdə müdafiə və təhlükəsizlik xərcləri 4,5 milyard dollar təşkil edib: "2003-2009 - cu illərdə isə, müdafiə və təhlükəsizlik xərcləri 7 milyard dollar olacaq ".

Komissiyaların iclasında deputatlar müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını təklif ediblər.

Şərifov qeyd edib ki, hökumət həmin sahəyə xərcləri hər il artırır və bu, davam edəcək.

Onun sözlərinə görə, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan maliyyə vəsaitinin investisiya hissəsində yeni hərbi - texniki avadanlıqların alınması nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti