...

ABŞ Dövlət katibinin köməkçisi Bakıda demokratiya və insan haqları məsələlərini müzakirə edir

Siyasət Materials 18 Noyabr 2008 12:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr/ Trend , müxbir N.Abdullayeva/ ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Devid Kremer çərşənbə axşamı Bakıda görüşlər keçirməyə və əməkdaşlığın müxtəlif məsələlərini müzakirə etməyə başlayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Kremer səfər çərçivəsində hökumət, siyasi dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşmək, KİV, din azadlığı və sərbəst toplaşmaq azadlığı məsələlərini müzakirə etmək niyyətindədir.

Kremerin səfəri Azərbaycan və ABŞ arasında mövcud olan dialoqun davamıdır. ABŞ Dövlət katibinin köməkçisi sonuncu dəfə ötən ilin iyununda Azərbaycana səfər edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti