Türkiyə Xarici İşlər Nazirliyi son günlərdə Qəzzə zolağında İsrail ilə HƏMAS arasında atəşkəsə təhlükə törədən qarşılıqlı aksiyaları dayandırmağa çağırıb. Bu barədə Türkiyənin "Cihan" informasiya agentliyi məlumat verib.
Türkiyənin Xarici İşlər Nazirliyi müraciətində Qəzzə zolağının mühasirəsinə son qoyulmasını tələb edib. İsrail ilə HƏMAS arasındakı atəşkəs razılaşması 6 ay əvvəl Misirin vasitəçiliyi ilə təmin edilib.