...

Əfqanıstanda kamikadzenin törətdiyi partlayışda on nəfər həlak olub

Siyasət Materials 1 Dekabr 2008 15:40 (UTC +04:00)
Əfqanıstanda kamikadzenin törətdiyi partlayışda on nəfər həlak olub

Əfqanıstan, Kabil, 01 dekabr/ Trend müxbir A.Hakimi/ Gelmand əyalətində Mussa Qala bazarında baş vermiş partlayış nəticəsində dinc sakinlər həlak olub. Avtomobili polisin qarşısında partlatmağı planlaşdıran kamikadze partlayıcı qurğunu bazar ertəsi səhər Əfqanıstanın cənubunda bazarda işə salıb. On nəfər həlak olub, onlardan ikisi polis, səkkizi dinc sakindir.

27 nəfər, o cümlədən altı uşaq və iki polis yaralanıb, - yerli polis bölməsinin rəisi Əsədulla Şirzad bildirib.

Terror aktının "Taliban" hərəkatının iştirakçıları tərəfindən törədilməsi ilə bağlı hələlik sübut yoxdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti