...

Gürcüstan və Ermənistanın baş nazirləri görüşdən məmnun qalıblar

Siyasət Materials 9 Dekabr 2008 16:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Ermənistan və Gürcüstanın Baş nazirləri bu gün Tbilisidə regional və beynəlxalq məsələlərin geniş spektrini müzakirə ediblər. "Çox açıq və maraqlı söhbət keçdi", - Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvili erməni həmkarı Tiqran Sarkisyanla birgə mətbuat konfransında bildirib. "Gürcüstan-Ermənistan münasibətləri çox dinamik inkişaf edir və bu gün keçirilmiş görüş gürcü-erməni münasibətlərinə yeni impuls verəcək", - Gürcüstanın Baş naziri vurğulayıb. Sarkisyan qonaqpərvərliyə görə gürcü tərəfinə minnətdarlıq edib və vurğulayıb ki, bu, onun qonşu ölkəyə ilk səfəridir. "Bizim hökumətin vəzifəsi iki xalq arasındakı münasibətlərin inkişaf etdirmək və dərinləşdiriməkdir, bizim aramızda həll edilməsi mümkün olmayan məsələ yoxdur", - Ermənistanın Baş naziri əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti