...

Yaxın Şərqdəki münaqişə hamıya toxunur – Böyük Britaniyanın sabiq Baş naziri

Siyasət Materials 8 Yanvar 2009 14:15 (UTC +04:00)
Yaxın Şərqdəki münaqişə hamıya toxunur – Böyük Britaniyanın sabiq Baş naziri

Azərbaycan, Bakı, 08 yanvar/ Trend / Yaxın Şərqdəki münaqişə dünya iqtisadiyyatına, siyasətinə və mədəniyyətinə təsir göstərir, ona görə də dünya ölkələri müharibənin dayandırılması üçün bütün səylərini sərf etməlidirlər. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın sabiq Baş naziri Toni Bler Parisdə keçirilən "Yeni dünya - yeni kapitalizm" adlı konfransda bildirib.

"Bu məsələni elə həll etmək lazımdır ki, iki xalq bir-biri ilə yanaşı yaşaya bilsin, İsrail mövcudluğu ilə bağlı təhlükə üzündən narahat olmasın", - deyə Yaxın Şərq dördlüyünün xüsusi nümayəndəsi Bler bildirib.

Beynəlxalq səylər Qəzzə zolağında İsrail ordusu ilə HƏMAS qruplaşmasının üzvləri arasında müharibənin dayandırılması istiqamətində uğursuzluqla nəticələndi.

Münaqişə nəticəsində 700-dən artıq insan həlak olub, təqribən üç min nəfər yaralanıb.

Döyüşlər zamanı yeddi İsrail əsgəri həlak olub. Fələstin döyüşçüləri İsrailə yüzlərlə raket zərbəsi endirib, nəticədə dörd dinc sakin həlak olub.

Dünən Fransa prezidenti Nikolya Sarkozi İsrailin, Təl-Əvivlə HƏMAS arasında müvəqqəti atəşkəsin əldə olunmasına dair Fransa-Misir planını qəbul etdiyini bildirib, lakin hərəkat liderləri planı qəbul etməkdən imtina ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti