...

Azərbaycan Milli Məclisinin yaz sessiyasının iş planı açıqlanıb

Siyasət Materials 28 Yanvar 2009 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycan Milli Məclisinin (parlament) yaz sessiyasının qanunvericilik işləri planı açıqlanıb.

Yaz sessiyasında inzibati prosessual, tikinti, mənzil məcəllələri, təhsil, elm və dövlət elmi - texniki siyasəti, reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması, bədən tərbiyəsi və idman, Azərbaycanın sülhyaratma əməliyyatlarında iştirak edən hərbi qulluqçuların hüquqlarının təmin olunması, xüsusi iqtisadi zonalar, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi, ixrac məqsədli neft - qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi, arıçılıq, pambıqçılıq, inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq, - Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

Milli Məclisin yaz sessiyası fevralın 2-də başlayır.

Nəsirov bildirib ki, Milli Məclisin internet saytının yenilənməsi üzrə işlər aparılır. "Vətəndaşlar millət vəkillərinin qəbuluna internet vasitəsilə yazıla biləcəklər. Gələcəkdə internet saytda elektron kitabxananın da yaradılması planlaşdırılır",- mətbuat xidmətinin rəhbəri deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti