İran, Tehran, 19 fevral / Trend , müxbir A.Namdari/ "Əfqanıstanın inkişafı İranın inkişafıdır", - deyə İran prezidentinin birinci müavini Pərviz Davudi Əfqanıstan hava limanında jurnalistlərə bildirib.
İran prezidentinin birinci müavini Əfqanıstan prezidentinin birinci müavini Əhmd Ziyanın dəvəti ilə Əfqanıstana rəsmi səfər edib.
İran Prezident Aparatının rəsmi saytının məlumatına əsasən, tərəflər Kabildə ikitərəfli əlaqələrin inkişafı və beynəlxalq məsələlər haqda müzakirələr aparacaq.
Səfər çərçivəsində İran Əfqanıstanın yenidən qurulması və bu ölkədə xüsusi sektorun inkişafı üçün 300 milyon dollar kredit ayıracaq.
O əlavə edib ki, İran və Əfqanıstan iki qonşu ölkədir, müştərək din və mədəniyyətə malikdirlər. Biz əlaqələrin inkişafının tərəfdarıyıq.
Davudi bildirib ki, İran yük daşınmaları, elektrik enerjisi istehsalı və yol tikintisi sahəsində Əfqanıstanda sərməyə yatırmaq niyyətindədir.