...

Jalal-Abadda litsey şağirdlərinin zəhərlənməsinə bağırsaq çöpləri bakteriyası səbəb olub

Siyasət Materials 19 Fevral 2009 21:23 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 19 fevral/ Trend un müxbiri R.Məşədihəsənli

Qırğızıstan Respublikası səhiyyə nazir müavini və ölkənin baş sanitar həkimi Səbircan Abdikərimovun Trend un müxbirinə bildirdiyinə görə, Jalal-Abad şəhərində yerləşən qırğız-türk litseyinin yeməkxana avadanlıqları mütəxəssislər tərəfindən laborator şəraitdə yuyulması nəticəsində bağırsaq çöpü qrupuna aid bakteriyalar aşkarlanıb və məlum olub ki, 14 fefral tarixində litseydə zəhərlənən şağirdlər məhz bu bakteriyadan xəsarət alıblar.

Abdikərimovun sözlərinə görə, hazır məhsulun saxlanma temperaturuna riayyət olunmamaqla yanaşı, həm də, paylanmadan öncə təkrar termik emala da əməl olunmayıb. Bütün bunları əsas tutaraq inzibati qaydada litsey müdiri və qida şöbəsi rəhbərinə cərimə tətbiq olunub.

Qeyd edək ki, 14 fevral səhər saatlarında bölgə xəstəxanasına Jalal-Abad şəhəri qırğız-türk litseyinin 38 şagirdi qida zəhərlənməsindən şikayətlənərək müraciət ediblər. Bəzi uşaqlara yerindəcə tibbi yardım göstərilsə də 17 nəfər xəstəxanaya yerləşdirilib.

FHN Jalal-Abad şəhər Dövlət Epidemiyaya nəzarət mərkəzinin qida zəhərlənməsinin təsdiqlənməməsi barədə məlumatını yaymışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti