...

Azərbaycanın hakim partiyası referendumla bağlı kampaniyanın ikinci mərhələsində kütləvi aksiyalar keçirəcək

Siyasət Materials 4 Mart 2009 13:24 (UTC +04:00)
Azərbaycanın hakim partiyası referendumla bağlı kampaniyanın ikinci mərhələsində kütləvi aksiyalar keçirəcək

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın hakim partiyasının referendumla bağlı təşviqat qrupu Bakıda və ölkənin bəzi ərazilərində kütləvi aksiyalar keçirəcək.

"Yeni Azərbaycan" təşviqat qrupu bu günə qədər Bakıda və ölkənin müxtəlif bölgələrində 370-dən artıq görüş keçirib", - çərşənbə günü Trend -a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə həftə ərzində bir dəfə 90 dəqiqə İctimai Televiziyada, 90 dəqiqə isə İctimai Radioda efir vaxtı müəyyənləşdirilib. Televiziyada efir vaxtı saat 18:15-dən, radioda isə saat 20:15-dən başlayacaq. Təşviqat kampaniyası zamanı bütün təşviqat qrupları üçün həm televiziyada, həm də radioda dörd dəfə pulsuz efir vaxtı ayrılacaq.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

Hakim partiya funksioneri deyib ki, kampaniyanın birinci mərhələsi martın 7-də başa çatacaq. "İkinci mərhələ martın 9-dan başlayacaq. Kampaniya başa çatana qədər hər bir yaşayış məntəqəsində müvafiq icra hakimiyyətlərinin müəyyənləşdirdiyi yerlərdə qapalı və açıq görüşlər davam etdiriləcək. Kampaniyanın ikinci mərhələsində isə kütləvi aksiyalar keçiriləcək. Martın 17-də təbliğatımız yekunlaşacaq", - Novruzov vurğulayıb.

Novruzovun sözlərinə görə, görüşlərdə iştirak edən təşviqat qrupunun səlahiyyətli nümayəndələri, vəkillər seçicilərə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı söhbət aparırlar. "Bu görüşlərdə 200-dən 1500 nəfərə qədər seçici iştirak edir", - YAP funksioneri əlavə edib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti