...

Litva XİN-in nümayəndə heyəti Tbilisidə siyasi məsləhətləşmələr keçirib

Siyasət Materials 12 Mart 2009 14:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 mart / Trend , müxbir N. Kirtsxaliya /

Siyasi Departamentin rəhbəri Eytvidas Bayarunun başçılıq etdiyi Litva XİN-in nümayəndə heyəti Tbilisidə siyasi məsləhətləşmələr keçirib. 

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına əsasən, görüşlər və məsləhətləşmələr dünən XİN ilə bərabər Müdafiə Nazirliyində də keçirilib.

Müdafiə Nazirliyində qonaqları nazir müavini Georgi Muçaidze, Beynəlxalq münasibətlər və Avroatlantikya İnteqrasiya Departamentinin sədri Nino Bakradze qəbul edib.

Görüşdə ölkələr arasındakı hərbi-siyasi əməkdaşlıq planları barədə söhbət aparılıb. Tərəflər Gürcüstan-NATO komissiyası çərçivəsində Gürcüstanın həyat keçirəcəyi tədbirləri, 2009-ci il üçün Müdafiə Nazirliyinin planlarını, ISAF əməliyyyatında Gürcüstanın iştirakı və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti