Azərbaycan, Bakı, 14 mart / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycanda qəsdən adamöldürmə maddəsi ilə axtarışda olan şəxs Rusiyada tutulub, - şənbə günü Trend -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120-ci) maddəsi ilə axtarışda olan Sənan Ağayev Rusiya Federasiyasının Surqut şəhərində tutulub.
Ağayevin Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]