...

Referendum ideyası xalqın seçimini birinci plana çıxarır və dövlətin xalq ilə dialoqunu həyata keçirir – Sosial Araşdırmalar Fondunun rəhbəri

Siyasət Materials 19 Mart 2009 15:45 (UTC +04:00)
Referendum ideyası xalqın seçimini birinci plana çıxarır və dövlətin xalq ilə dialoqunu həyata keçirir – Sosial Araşdırmalar Fondunun rəhbəri

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir V.Javoronkova /

Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklərin edilməsi üzrə referendum demokratik keçdi. Bu barədə cümə axşamı Bakı-Moskva video körpüsü zamanı Sosial Araşdırmalar Fondunun rəhbəri Rəşad Rzaquliyev bildirib.

"Referendum ideyası xalqın seçimini birinci plana çıxarır və dövlətin xalq ilə dialoqunu həyata keçirir", - deyə Rzaquliyev vurğulayıb.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Rzaquliyevin sözlərinə görə, referendum xalqın əhəmiyyətli hissəsini real siyasət məcrasına qaytardı.

"İnsanlar ölkə həyatında xalqın iştirakının vətəndaş borcu olduğunu anladılar", - deyə Rzaquliyev bildirib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, Azərbaycan Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişikliklər ölkə seçicilərinin 87-92 faizi tərəfindən dəstəklənib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti