...

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum əhalinin hakimiyyətə etibarını göstərib - rusiyalı politoloq

Siyasət Materials 19 Mart 2009 22:35 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum əhalinin hakimiyyətə etibarını göstərib - rusiyalı politoloq

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir V. Javoronkova/ Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum əhalinin hakimiyyətə etibarını göstərib. Bunu cümə axşamı Bakı-Moskva videokörpü zamanı Rusiyanın postsovet məkanının öyrənilməsi Mərkəzinin baş direktoru Alesey Vlasov deyib.
Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçirilib.
"Azərbaycan hakimiyyətin obyektiv möhkəmləndirilməsi və hazırkı prezidentin siyasi resurslarının təmərküzləşməsi yolu ilə gedir və bu obyetiv prosesdir. Referendum və seçkilərin nəticələri əhalinin hakimiyyətə olan etibarın göstəricisidir", - deyə Vlasov vurğulayıb
Vlasovun sözlərinə görə, müddətsiz prezidentlik haqda qərarı qəbul edən ilk ölkə deyil. Eyni üsulla Qazaxstında da islahatlar keçirilib.
"Bu tendensiya müvəffəqiyyət əldə etmiş regional dövlətlər kimi xarakterizə olunan postsovet məkanı ölkələrin inkişafı ilə bağlıdır. Bunlar Qafqazda Azərbaycan, Orta Asiyada isə Qazaxıstandır. Bu həm də dünya iqtisadi böhranı və həll olunmamış Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır", - deyə Vlasov bildirib.
Vlasovun sözlərinə görə, bu cür düzəlişlərin edilməsinin demokratik olub-olmaması haqda danışmaq lazım deyil. "Hər bir ölkənin öz səbəbləri var və demokratiya sözü 21-ci əsrdə yenidən nəzərdən keçirməlidir" - deyə o qeyd edib.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib
Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Azərbaycan Konstitusiyanın 29 maddəsinə bütün əlavə və dəyişiklikləri ölkə seçicilərinin 87-92 faizi dəstəkləyib.
Ümümxalq səsverməsinə bir neçə məsələlər çıxarılıb. Referendumda xüsusilə Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində yer alan "heç kim iki dəfədən artıq AR-nın prezidenti seçilə bilməz" hazırkı redaktəsinin, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulurdu. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.
Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişiklik edilməsi planlaşdırılır. Burada, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququ verilməsi, şəxsin istəyinə qarşı video və ya audio yazılışların aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki xarakterli müddəalar daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti