...

İran yaxın zamanlarda Azərbaycandakı səfirini dəyişəcək

Siyasət Materials 10 Aprel 2009 18:35 (UTC +04:00)
İran yaxın zamanlarda Azərbaycandakı səfirini dəyişəcək

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir E.Hüseynov / 

İranın Azərbaycandakı səfiri Nəsir Həmidi Zare cümə günü jurnalistlərə bildirib ki, Yaxın zamanlarda İranın Azərbaycandakı səfiri dəyişdiriləcək.

Səfirin sözlərinə əsasən, hazırda Bəhraminin namizədliyinə baxılır. Bəhrami iki dəfə İran parlamentinə deputat seçilib. Əslən Həmədan əyalətindən olan Bəhrami hazırda İranın özəl universitetlərinin birində professorudur.

Zare Azərbaycanda 5,5 ilə yaxındır fəaliyyət göstərir -3,5 il Naxçıvanda və iki ilə yaxın İranın Azərbaycanda səfiri vəzifəsində çalışıb.

Səfir Tehrana Xarici İşlər Nazirliyinə dönmək fikrindədir. Yeni səfirin namizədliyinin yaxın gələcəkdə təsdiqlənəcəyi gözlənilir.

"Səfirin təyinatı İranda keçiriləcək prezident seçkilərindən öncə baş tutacaq", - Zare deyib. İranda prezident seçkiləri iyunun 12-də nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti