...

İranda İslam Ölkələrinin II Həmrəylik Oyunları keçiriləcək

Siyasət Materials 15 Aprel 2009 17:17 (UTC +04:00)

İslam Ölkələrinin II Həmrəylik Oyunları 2009-cu il oktyabrın 16-dan 30-dək İranın üç ən böyük şəhərində - Tehran, Məşhəd və İsfahanda keçiriləcək. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

İranda keçiriləcək İslam Ölkələrinin II Həmrəylik İdman Oyunlarında dünyanın 57 ölkəsindən idmançıların iştirakı gözlənilir.

İslam Ölkələrinin I Həmrəylik Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığının Məkkə, Mədinə, Ciddə və Taif şəhərlərində keçirilib. Oyunlarda dünyanın 55-dən çox ölkəsindən 6 minə yaxın idmançı iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti