Türkmənistan, Aşqabad, 02 may / Trend , müxbir H.Həsənov /
"Sizə 2009-cu ildə Türkmənistana rəsmi səfər dəvətinə görə səmimi qəlbdən minrətdarlığımı bildrirəm və məmuniyyətlə onu qəbul edirəm", - Belarusiya Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun türmən həmkarı Qurbanqulu Berdimuhammedova ünvanlanan məktubunda bildirilir.
Səfərin dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
"Bizim xalqlarımızı və ölkələrimizi bir çox amillər birləşdirir. Biz, Belarusiya və Türkmənistanın rifahının yüksəldilməsi, iqtisadiyyatının təkmilləşdirilməsi üzrə konstruktiv qarşılıqlı fəaliyyətdə ciddi perspektivlər görürük", - deyə Lukaşenko bildirib.
"Səfərin uğurla həyata keçəcəyinə və atılacaq birgə qarşılıqlı addımların dövlətlərimiz arasında dostluq münasibətlərinin gələcəkdə möhkəmlənməsinə yardım edəcəyinə və o cümlədən ticari-iqtisadi sahədə Belarusiya-Türkmənistan əməkdaşlığının xalqlarımızın maraqlarına cavab verən yeni məzmunlu səviyyəyə çıxaracağına əminəm", - deyə məktubda qeyd olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]