...

İran dünyada daim gərginlik yaratmamalıdır – prezidentliyə namizəd

Siyasət Materials 12 May 2009 13:21 (UTC +04:00)
İran dünyada daim gərginlik yaratmamalıdır – prezidentliyə namizəd

"Dövlət idarəetməsində zəif iradəli rəhbərlərə üstünlük verilir, lakin ölkədəki problemləri nəzərə alsaq, bu kimi şəxslər ölkəni idarə edə bilməzlər", - deyə İranın İslahatçılar düşərgəsindən olan sabiq Baş nazir Mir Hüseyn Müsəvi İran parlamentinin sabiq nümayəndələrinin iclasında çərşənbə axşamı çıxışı zamanı bildirib. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

İranın Məsləhət Şurasının üzvi Musəvi çıxışı zamanı İran prezidenti Mahmud Əhmədinejadı tənqid edib. "Hökumət tərəfindən 5.1 milyarddan 17 milyard dollara qədər məbləgin dövlət fonduna yatırılmaması ilə bağlı təəssüf ki, hələ heç bir ölçü götürülməyib, bu ciddi təhlükədir", - deyə Musəvi bildirib.

Musəfi İranın xarici siyasətində dəyişikliyin lazım olduğunu vurğulayıb. "Təəssüflər olsun ki, bu gün biz beynəlxalq aləmlə ziddiyyətli mövqeydəyik, bu məsələ bizim xalqımız, xüsusilə gənclərimiz üçün problemlər yaradıb. Xarici siyasətimizlə bağlı sanksiyalar, qətnamələr və gərginlik bizim xalqın pisxologiyasına təsir göstərir. Bütün toplantılarda gənclər ilk növbədə xarici siyasət barədə soruşurlar. Biz başa düşməliyik ki, yanlış xarici siyasətimizlə xalqımızı yormuşuq", - deyə Musəvi bildirib.

Musəvi əlavə edib ki, dünyada heç bir ölkə İran qədər tənha olmayıb. "Şüar səsləndirmək problemləri həll etmir, bizə düzgün proqram lazımdır. Təəssüflər olsun ki, bu gün öz qonşularımızın arasında da həqiqi dostumuz yoxdur. Dünyada daim gərginlik yaratmamalıyıq", - deyə Musəvi bildirib.

Musəvi İranın Şanxay Təşkilatına üzv olmadığından təəssüfləndiyini də bildirib. "İranın təbii haqqıdır ki, bu təşkilata üzv olsun, lakin təəssüflər olsun ki, biz bu təşkilata üzv ola bilmirik, çünki hamıya problem yaratmışıq", - deyə Musəvi bildirib.

Xəbər lenti

Xəbər lenti