...

İran tərəfinin bəyanatı Azərbaycan XİN-i təəccübləndirib - nazir

Siyasət Materials 3 İyun 2009 14:04 (UTC +04:00)
İran tərəfinin bəyanatı Azərbaycan XİN-i təəccübləndirib - nazir

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir Ü.Sadıxova /

"İran tərəfinin Azərbaycandakı İsrail səfirliyinin bağlanılmasının lazım olması haqda bəyanatı Azərbaycanı təəccübləndirir", - çərşənbə günü Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov deyib.

"İran Ermənistanın rəsmi şəxslərini ən yüksək səviyyədə qəbul edib və Azərbaycan bu məsələləri müzakirə etmir", - Məmmədyarov bildirib.

Rəsmi Tehran bildirib ki, Aşqabad və Bakı öz ölkələrindəki İsrail səfirliklərini bağlamalıdırlar, İsrail Prezidenti Şimon Peresin Bakıya planlaşdırılan səfəri isə islam dünyasına hörmətsizlikdir.

İsrail Prezidentinin Azərbaycana səfəri iyunun sonuna planlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti