...

Azərbaycan və Serbiya Kosovo və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır

Siyasət Materials 23 İyun 2009 13:27 (UTC +04:00)
Azərbaycan və Serbiya Kosovo və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir Ü.Sadıxova /

"Azərbaycan və Serbiya Kosovo və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və prinsiplər çərçivəsində, beynəlxalq səviyyədə həlli mövqeyindən çıxış edirlər", - Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı serbiyalı həmkarı Vuk Yeremiçlə görüşdən sonra jurnalistlərə deyib.

"Burda ölkələrin ərazi bütövlüyü və suverenliyi nəzərdə tutulur. Dövlətlərin sərhədləri BMT-yə daxil olduqları zaman olduğu kimi saxlanılmalıdır", - Məmmədyarov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Nazirin sözlərinə görə, danışıqlar zamanı tərəflər bu iki münaqişəni müzakirə ediblər. "Serbiya Kosovo probelminin həlli üzrə öz prinsiplərini, Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair öz baxışını ifadə edib", - nazir bildirib. 

"Belqrad Bakı ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır", - Serbiya XİN başçısı deyib. "Bizim böyük qarşılıqlı anlaşmamız və başımız üstündə açıq səma var", - Yeremiç əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti