...

Qafqazda "Buz dövrü"

Siyasət Materials 2 İyul 2009 18:06 (UTC +04:00)

Polad Həmidov, Trend News-un icmalçısı

Rusiya-NATO hərbi əməkdaşlığının bərpası Qafqazda Gürcüstan-Abxaziya və Gürcüstan-Osetiya münqişlərini "dondurdu", hadisələrin aktuallığı üçün yeganə faktor sözün geosiyasi mənasında ötən ilin avqust hadisələrindən etibarən RF ilə alyansın artıq 10 aydır davam edən gərgin münasibətləri olub.

Dünyada bu sayda dondurulmuş münaqişələri -Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi, Gürcüstan-Osetiya və Gürcüstan-Abxaziya - olan digər bir regionla rastlaşmaq mümkün deyil.

NATO-nun Rusiya ilə hərbi əməkdaşlığı bərpa etməsinin səbəbi ilk növbədə Ağ Evin ABŞ əvvəlki Prezidentinin radikal siyasətini davam etdirməyən yeni Administrasiyasının RF-yə qarşı münasibətinin dəyişməsi ilə əlaqədardır. 

İkinci isə Şimali Atlantika alyansı ABŞ-ın başçılığı altında bu addımı Amerikanın RF-nin təsir dairəsi altındakı geosiyasi sahə olan Mərkəzi Asiyada - "Manas" aviabazasında mövcudluğuna dair məsələdə Rusiyaya güzəşt getməsinə cavab olaraq atıb.

Bununla da, ABŞ-la Qırğızıstan höküməti arasında Tranzit Yüklər Mərkəzi haqqında müqavilə imzalanaraq, Amerikanın "Manas" aeroportundakı mövcudluğu hüquqi şəkildə təsdiqlənib. Bu, Birləşmiş Ştatlar üçün Əfqanıstanın hərbi kampaniyasında qələbənin nə dərəcədə vacib olduğunu göstərir. Məhz "Manas" aeroportu taliblər ilə mübarizədə alyansın hərbi qüvvələrinə dəstək məqsədi ilə yüklərin nəqli üçün ən əlverişli yerdir.

ABŞ Mərkəzi Asiyadakı mövqeyindən imtina etməyib. Rusiya Federasiyasının Prezidenti və XİN "Manas"a dair bu müqaviləni olduqca sakit qəbul ediblər, hətta onu dəstəkləyiblər. Bu o demək idi ki, ABŞ tərəfindən cavab olaraq güzəştlər olmalıdır. Bu isə özünü çox gözlətmədi.

Şimali Atlantika alyansı Rusiya ilə hərbi əməkdaşlığı bərpa edib. "RF və NATO arasında Gürcüstana dair ziddiyyətlər hələ də qalmaqdadır, lakin bu Rusiya ilə alyansın münasibətlərində maneə olmamalıdır", - NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Yunanıstanın Korfu adasında keçirilən Rusiya-NATO iclasının yekunlarına dair bəyanatında bildirib.

Gürcüstandakı "hakim elita"dan başqa bütün tərəflər razı qalıblar. Lakin bu geosiyasi oyunun əsas qalibi Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev olub. 

İlk növbədə Prezident Bakiyev fevral ayında Rusiya Federasiyası rəhbərliyinə Manasda aviabazanın bağlanması barədə vəd verərək "super dövlət"in dəstəyini qazandı və ölkə daxilində stabilliyi təmin etdi. Bakiyev bu qərarın dəstəklənməsi ilə Rusiyadan misli görünməmiş maliyyə yardımı - 2 milyard dollar məbləğində güzəştli kredit əldə etdi. Bu kredit qlobal maliyyə şəraitində ölkə iqtisadiyyatı üçün yerinə düşdü.

İkincisi isə Qırğızıstan Prezidenti "Manas" aviabazasının icarə haqqını üç dəfəyədək artırılması üçün əlverişli müqavilə imzaladı. Əvvəl icarə haqqı 17,4 milyon dollar idisə, hazırda bu göstərici 60 milyon dollar təşkil edir. Bundan əlavə, Vaşinqton Amerika təyyarələri üçün meydanın tikintisinə 36,6 milyon dollar ayırdı. Eyni zamanda naviqasiya sistemlərinin təkmilləşdirilməsinə 30 milyondan çox vəsait ayırdı.

Üçüncüsü isə Amerika hərbi kontingetinin ölkədə olması Qırğızıstanın "hakim elita"sının güc balansını təmin etdi. Təəəcüblü deyil ki, "Manas"a alternativin seçilməsi barədə məsələ qaldırılandan sonra Mərkəzi Asiyanın demək olar ki, bütün ölkələri ABŞ-ın hərbi bazası üçün öz ərazilərini təklif etdilər.

Nəhayət Qırğızıstan Əfqanıstandakı antiterror əməliyyatlarında eynihüquqlu tərəfdaş oldu. Demək olar ki, Bakiyev ölkədə iyulun 23-də keçiriləcək prezident seçkilərində öz qələbəsini təmin etdi.

Rusiya sürətlə Qafqazda öz siyasətini fəallaşdırır. Son zamanlar Qafqaz ölkələri liderlərinin Rusiyaya səfərlərinin sayı artıb. Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi, Rusiyanın geosiyasi maraqları və Avropa İttifaqını narahat edən energetika layihələridir.

Bunu aşağıdakı şəkildə yekunlaşdırmaq olar: taliblərə qarşı aktivləşən hərbi əməliyyatlar fonunda və Əfqanistanda prezident seçkiləri ərəfəsində ABŞ Rusiyanın Qafqazda artan təsir dairəsinə olduqca sakit münasibət göstərir. Ona görə ki, ABŞ-ın ən əsas məqsədlərindən biri Əfqanıstanda qələbə qazanmaqdır, bu isə "super dövlət"in nüfuzunun möhkəmlənməsinə imkan yaradacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti