...

Axtarışda olan Azərbaycan vətəndaşı Birləşmiş Ərəb Əmirliklərində tutulub

Siyasət Materials 8 İyul 2009 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir K.Zərbalıyeva /

Fahişəliyə cəlb etmə ittihamı ilə axtarışda olan Azərbaycan vətəndaşı Birləşmiş Ərəb Əmirliklərində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 243-cü maddəsi (fahişəliyə cəlb etmə) ilə axtarışda olan Nailə Dadaşova saxlanılıb və ekstradisiya olunması üçün tədbirlər görülür.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti