Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında böyük xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sərəncamla Həbibbəyli İsa Əkbər oğlu "Şərəf" ordeni ilə, Vəliyev Sadıq Hüseynəli oğlu "Şöhrət" ordeni ilə, Abbasov Vüqar Zakir oğlu, Abdullayev İsa Əli oğlu, Hacızadə Xuraman Abdulla qızı, Hümbətov Rəsul Həsən oğlu, Xəlilova Əsmər Həmid qızı, Qədirzadə Hacıqadir İbrahim oğlu və Mustafayev Hacıəkbər Abbas oğlu "Tərəqqi" medalı ilə, Əliyev Rasim Məmmədəli oğlu isə "Vətən uğrunda" medalı ilə təltif olunub.