Dünya iqtisadiyyatı İran ilə hərbi münaqişədən ziyan çəkə bilər – Almaniyanın eks-kansleri

Siyasət Materials 25 Sentyabr 2009 16:31 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 sentyabr / Trend , müxbir K.Konırova /

Almaniya Federativ Respublikasının sabiq kansleri Gerhard Şröder hesab edir ki, dünya ictimaiyyəti İsrail tərəfdən İrana qarşı mümkün ola bilən güc tətbiqinin nəticələrinin nə qədər ciddi olacağını dərk edir və anlayır ki, hazırkı vəziyyətin həlli yalnız sülh yolu ilə mümkündür.

"Hər kəs başa düşür ki, davam etmək üçün yeganə yol danışıqlar yoludur, - Şröder Trend -a bildirib. - Fikrimcə, vəziyyətin yalnız sülh yolu ilə həll olunmasına heç kəs etiraz etməyəcək".

Onun sözlərinə görə, problemin hərbi vasitələrlə həll olunması cəhdləri dünya iqtisadiyyatı üçün ciddi mənfi nəticələrə gətirib çıxara bilər.

"İsrail əvvəlki kimi İrana hərbi zərbənin vurulması mümkünlüyünü istisna etmir və bunu onunla əlaqələndirir ki, İran öz nüvə proqramının məhdudlaşdırılmasından imtina etməyib", - bazar ertəsi İsrail xarici işlər nazirinin müavini Dani Ayalon bildirib. Məlumatı Ria Novosti yayıb.

ABŞ və digər qərb ölkələri İranı sülh proqramı altında nüvə silahının istehsalında təqsirləndirir. BMT Təhlükəsizlik Şurası beş qətnamə qəbul edib və İrana bir neçə sanksiya qoyaraq, uranın zənginləşdirilməsindən imtina etməyi tələb edib. Tehran bütün ittihamları rədd edərək bəyan edir ki, nüvə proqramı yalnız sülh naminə hazırlanır.

ABŞ və İsrail də daxil olmaqla, bir sıra ölkələr İranın nüvə proqramına dair öhdəlikləri icra etməyəcəyi təqdirdə, əlavə sanksiyaların qəbul olunması tərəfdarı olduqlarını bildiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti