...

ABŞ müdafiə nazirinin müavini oktyabrın 19-da Gürcüstana gələcək

Siyasət Materials 8 Oktyabr 2009 15:52 (UTC +04:00)
Amerikanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşbou oktyabrın 19-da Tbilisiyə gələcək .
ABŞ müdafiə nazirinin müavini oktyabrın 19-da Gürcüstana gələcək

Gürcüstan, Tbilisi, 08 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Amerikanın Gürcüstandakı səfirliyindən verilən məlumata görə, ABŞ müdafiə nazirinin müavini Aleksandr Verşbou oktyabrın 19-da Tbilisiyə gələcək .

Verşbounun rəhbərliyi altında Birləşmiş Ştatların nümayəndə heyətinin ikigünlük səfəri çərçivəsində təhlükəsizlik məsələləri üzrə ABŞ və Gürcüstan rəhbərliyinin işçi qrupunun ilk görüşü keçiriləcək.

Görüşlərdə Gürcüstanın müdafiə sahəsində islahatlar, bu ölkənin silahlı qüvvələrinin NATO-nun Əfqanıstanda keçirdiyi əməliyyatlarda iştirakı və həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Digər işçi qruplarının görüşləri noyabr və dekabr aylarında keçiriləcək.

Verşbou Gürcüstan hakimiyyətinin nümayəndələri ilə görüşəcək.

ABŞ-ın Gürcüstandakı səfirliyindən bildiriblər ki, iki ölkə arasında strateji əməkdaşlıq xartiyası əsasında demokratiya, təhlükəsizlik, iqtisadi və hər iki xalq arasında qarşılıqlı münasibət işçi qrupları yaradılıb.

ABŞ və Gürcüstan arasında strateji əməkdaşlıq xartiyası 2009-cu ilin yanvarında imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti