...

Türk PA katibliyinin bütün təşəbbüsləri Qazaxıstan Parlamentindən hərtərəfli dəstək alacaq

Siyasət Materials 30 Oktyabr 2009 17:24 (UTC +04:00)
Bu gün Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi ilə görüşüb.
Türk PA katibliyinin bütün təşəbbüsləri Qazaxıstan Parlamentindən hərtərəfli dəstək alacaq

Qazaxıstan, Astana, 30 oktyabr / Trend , müxbir K.Konırova/

Bu gün Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayev Türkdilli ölkələrin Parlament Assambleyasının (Türk PA) baş katibi ilə görüşüb.

"Qazaxıstan Senatının sədri Ramil Həsənovu Türk PA-nın baş katibi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib və assambleya katibliyinin fəaliyyətinin parlamentlərarası əməkdaşlığa və qardaş xalqların yaxınlaşmasına böyük töhfə verəcəyinə əmin olduğunu deyib", - press-relizdə deyilir.

Tərəflər məmnunluq hissi ilə türkdilli dövlətlərin tərəqqi prosesini təsdiq ediblər. Bununla əlaqədar olaraq, Tokayev qeyd edib ki, Türk dünyasının geosiyasi məqsədləri və yeni təşəbbüsləri Türkdilli dövlətlərin Naxçıvanda keçirilən IX sammitində müəyyən edilib. Bunların arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Astanada TÜRKSOY çərçivəsində Türkdili akademiyanın yaradılması ilə bağlı təklifi xüsusi əhəmiyyət kəsb edir.

"Türküstanın müqəddəs torpaqlarında yerləşəcək olan akademiya türk xalqlarının mədəniyyətini və dilinin öyrənilməsi və tədqiqatı ilə məşğul olmaqla, onların mənəvi inkişafına və dünyanın türkdilli dövlətləri arasında dostluğun möhkəmlənməsinə kömək edəcək", - məlumatda spikerin sözlərinə istinadən deyilir.

Ramil Həsənov öz növbəsində Türk PA-nın növbəti plenar iclasının hazırlanmasına dair katibliyin fəaliyyəti barədə Qazaxıstan Senatının spikerini məlumatlandırıb. İclasın Astanada keçirilməsi nəzərdə tutulur.

"Görüşün sonunda Kasım-Jomart Tokayev vurğulayıb ki, Türk Pa katibliyinin bütün təşəbbüsləri Qazaxıstan Senatı və Milli Məclis tərəfindən hərtəfli dəstək alacaq", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti