...

Azərbaycanın hakim partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinə üzv qəbul edilib

Siyasət Materials 2 Noyabr 2009 17:01 (UTC +04:00)
"Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) daimi komitəsinin həmsədri, ICAPP-ın baş katibi Çunq Eu-Yonqun göndərdiyi məktubda qeyd edilir ki, bu qərar partiyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiyada sülhün və əmin-amanlığın bərqərar olması üçün həyata keçirdiyi fəaliyyət sahəsində xüsusi xidmətləri nəzərə alınaraq verilib", - Trend News-un məlumatına görə, bazar ertəsi Yeni Azərbaycan Partiyasının internet saytında bildirilib.
Azərbaycanın hakim partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinə üzv qəbul edilib

Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının daimi komitəsinə üzv qəbul edilib.

"Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) daimi komitəsinin həmsədri, ICAPP-ın baş katibi Çunq Eu-Yonqun göndərdiyi məktubda qeyd edilir ki, bu qərar partiyanın Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Asiyada sülhün və əmin-amanlığın bərqərar olması üçün həyata keçirdiyi fəaliyyət sahəsində xüsusi xidmətləri nəzərə alınaraq verilib", - Trend -un məlumatına görə, bazar ertəsi Yeni Azərbaycan Partiyasının internet saytında bildirilib.

Trеnd Nеws-un аrаyışı: YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının sentyabrın 23-26-da Qazaxıstan paytaxtı Astanada keçirilən V Baş Assambleyasında YAP sədrinin müavini və icra katibi Əli Əhmədovun yaxından iştirakı təşkilatın işinin daha da uğurlu alınmasında bir töhfə olub. "Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı daimi komitəsinin 2010-cu ilin fevral ayında Nepalın paytaxtı Katmandu şəhərində keçiriləcək 12-ci iclasında YAP daimi üzv kimi təmsil olunacaq", - məlumatda qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti