...

Qriqol Vaşadze Rusiya vətəndaşlığından imtina etdi

Siyasət Materials 4 Noyabr 2009 19:34 (UTC +04:00)
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığından imtina edir
Qriqol Vaşadze Rusiya vətəndaşlığından imtina etdi

Gürcüstan, Tbilisi, 04 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığından imtina edir. Vaşadze çərşənbə günü hökumət iclasının başlanmasından əvvəl bildirib ki, o, artıq özünün Rusiya pasportunu və Rusiya vətəndaşlığından çıxması barədə ərizəni RF Prezidentinə göndərib.

"Mən Rusiya tərəfinin işini asanlaşdırmaq qərarına gəldim. Belə ki, RF Konstitusiyasında vətəndaşlıqdan məhrumetmə nəzərdə tutulmayıb və mən özüm vətəndaşlıqdan imtina etmək qərarına gəldim", - o deyib.

Bir gün əvvəl Rusiya Dövlət Dumasının deputatı Semen Baqdasarov "bütün beynəlxalq görüşlərdə Rusiyanı təhqir edən" Gürcüstanın XİN rəhbərinə münasibətdə Rusiya vətəndaşlığından məhrumetmə tələbini irəli sürmüşdü.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti