...

Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq elmi konfransın keçiriləcək

Siyasət Materials 8 Noyabr 2009 01:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verilən məlumata əsasən, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı Baş katibliyi ilə birgə İslam Konfransı Təşkilatının yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfransın keçiriləcək.
Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq elmi konfransın keçiriləcək

Azərbaycan, Bakı, 7 noyabr / Trend /

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin verilən məlumata əsasən, İslam Konfransı Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İslam Konfransı Təşkilatı Baş katibliyi ilə birgə İslam Konfransı Təşkilatının yaradılmasının 40 illik yubileyi münasibətilə 11-12 noyabr 2009-cu il tarixlərində Bakıda "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" adlı beynəlxalq elmi konfransın keçiriləcək.

Konfransda İslam Konfransı Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlunun, həmçinin 41 ölkədən və 3 beynəlxalq təşkilatdan 200 yaxın xarici və yerli elm xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və bir sıra ölkələrin yüksək səviyyəli dövlət məmurlarının iştirakı nəzərdə tutulub.

Konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər və İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılacaqdır. Konfransın ikinci günü Diplomatik Akademiya tərəfindən təşkil olunmuş xaricdən gələn qonaqların iştirakı ilə ənənəvi "Etiqadlararası dialoqa dair" mövzulu "ADA Məclisi" televiziya ictimai forum keçiriləcək. 

Xəbər lenti

Xəbər lenti