...

Azərbaycan və Rusiya prezidentləri Volqa çayı üzərindəki körpünün açılış mərasimində iştirak ediblər

Siyasət Materials 24 Noyabr 2009 17:21 (UTC +04:00)
Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev Yeni Volqa körpüsünün yuxarı yarusunun təntənəli açılış mərasimində iştirak ediblər. Məlumatı Ria Novosti yayıb.
Azərbaycan və Rusiya prezidentləri Volqa çayı üzərindəki körpünün açılış mərasimində iştirak ediblər

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Dmitri Medvedyev Yeni Volqa körpüsünün yuxarı yarusunun təntənəli açılış mərasimində iştirak ediblər. Məlumatı Ria Novosti yayıb.

Medvedev mərasimdə bildirib ki, bu, hamı üçün uzun müddət gözlənilən və xöş bir gündür.

"1980-ci illərin əvvəllərində bu körpünün açılışına dair qərarın qəbul edilməsində SSSR Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev bilavasitə iştirak edib", - Medvedyev xatırladıb.

"Mənim üçün çox sevindirici haldır ki, bu mərasimdə Azərbaycanın indiki Prezidenti İlham Əliyev iştirak edir", - RF Prezidenti qeyd edib.

O vurğulayıb ki, "körpü bizim böyük ölkəmizin hissələrini - Avropanı Uralla və Sibirlə əlaqələndirir. Bu misli görünməyən körpüdür. Bu uzunluqda körpü bizim ölkəmizin miqyasını, həmçinin bizim asan olmayan məsələləri çətinliklə də olsa həll edə bildiyimizi göstərir", - deyə o əlavə edib.

Azərbaycan Prezidenti öz növbəsində körpünün açılışı barədə danışaraq deyib: "Bu Avropa qitəsində əzəmətli arxitektura və nəqliyyat tikintisidir. Yəqin ki, onun analoqu yoxdur".

İlham Əliyev də rusiyalı həmkarı kimi, atası Heydər Əliyevin 1980-ci illərdə körpünün tikintisinə dair qərarın qəbul edilməsində iştirak etdiyini xatırladıb. "Bilirsiniz ki, Heydər Əliyev dəfələrlə burada - Ulyanovskda olub. Ulyanovskun yaxşı və çətin günlərində xalqla birlikdə olub. Volqada baş verən dəhşətli qəzanın nəticələrinin aradan qaldırılması üzrə komissiyaya başçılıq edib. (O vaxt "Aleksandr Suvorov" teploxodunda baş verən qəza nəticəsində 176 nəfər həlak olmuşdu - red.) Mənim üçün çox sevindirici haldır ki, Azərbaycan eks-prezidentinin xatirəsi Ulyanovskda yad edilir", - Əliyev deyib. Onun sözlərinə görə, Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda da, Azərbaycan Prezidenti olduğu vaxtlarda da hər zaman Rusiya və Azərbaycan xalqları arasındakı əlaqələrin möhkəmlənməsinə çalışıb.

"Mənim üçün o da çox sevindirici haldır ki, bizim ölkələrimiz qarşılıqlı fəaliyyəti uğurla davam etdirirlər. Bizim aramızda çox sıx əlaqələr var. Biz əlaqələrimizi starteji tərəfdaşlıq və yaxşı qonşu və dost əlaqələri kimi xarakterizə edirik", - deyə Azərbaycan Prezidenti əlavə edib.

İkiyaruslu Volqa körpü keçidinin inşası 1986-cı ildən başlanıb, obyekt "Rusiyanın nəqliyyat sisteminin modernləşməsi (2000-2010)" federal məqsədli proqrama daxil edilib. Rusiyanın Avropa hissəsini Ural, Sibir və Uzaq Şərqlə birləşdirən körpü keçidi nəqliyyat dəhlizidir.

Volqa üzərindən birinci buraxılış keçidinin uzunluğu 13 kilometrə yaxın təşkil edir. O cümlədən Volqa üzərindəki körpü 5,8 kilometr, körpüyə giriş isə 7,1 kilometrdir. Körpünün gözü ikiyarusludur, yuxarı yarus üzrə avtomobil nəqliyatının 4 xətli hərəkəti, aşağı yarus üzrə isə iki xətli hərəkət nəzərdə tutulub. Proqnozlara əsasən, körpü üzrə avtomobillərin sutkalıq hərəkət intensivliyi 30 minədək avtomobil təşkil edəcək.

Körpünün aşağı yarusunun açılışı 2012-ci ilə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti