...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Qadın və inkişaf" mükafatı ilə təltif olunub (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Siyasət Materials 6 Mart 2010 14:16 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanın qadın ictimaiyyəti tərəfindən "Qadın və inkişaf" mükafatı ilə təltif olunub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Qadın və inkişaf" mükafatı ilə təltif olunub (ƏLAVƏ OLUNUB-2)(FOTO)

RED. əlavəsi: yeddinci abzas əlavə olunub

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanın qadın ictimaiyyəti tərəfindən "Qadın və inkişaf" mükafatı ilə təltif olunub.

"Komitəmizə ölkə vətəndaşlarından çoxsaylı müraciətləri əsas götürərək, beynəlxalq səviyyədə Azərbaycan qadınının nüfuzunu yüksəldən fəaliyyətinə, milli-mənəvi dəyərlərin qorunmasna verdiyi misilsiz töhfələrə, sivilizasiyalar arasında dialoqun inkişafında müstəsna roluna görə Mehriban xanım Əliyeva Azərbaycanın qadın ictimaiyyəti tərəfindən "Qadın və inkişaf" mükafatı ilə təltif olunub", - Trend -un məlumatına görə, bu barədə şənbə günü 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Komitə sədri deyib ki, Mehriban xanım Əliyevanın Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilməsi onun həyata keçirdiyi çoxşaxəli fəaliyyət nəticəsində bütün dünyada qazandığımız yüksək nüfuzun və şəxsiyyətinə dərin ehtiramın parlaq təcəssümüdür.

"Mehriban xanımın belə yüksək mükafatla təltif edilən ilk Azərbaycan xanımı olması hamımızda böyük iftixar və fərəh hissi yaradır. O özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir. Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideyalar əsasında yaşadığını təcəssüm etdirir", - Dövlət Komitəsinin sədri əlavə edib.

Dövlət Komitəsi daha sonra Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun (İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanı Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı haqqında gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi müstəsna xidmətlərə görə "Xatirə" mükafatı ilə təltif edib.

"Azərbaycan gəncliyinin layiqli nümayəndəsi olan Leyla Əliyeva Qarabağ həqiqətlərinin, Xocalı soyqırımı haqqında gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir", - Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ötənilki fəaliyyətlərinə görə bir neçə nominasiya üzrə Azərbaycanın bir qrup qadınını da mükafatlandırıb. Qarabağ həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi üzrə millət vəkilləri Elmira Axundova, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli, Həvva Məmmədova, Lalə Abasova və Jalə Əliyeva,Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, yaradıcılıq fəaliyyətində əldə etdiyi uğurlara görə - Firəngiz Əlizadə, Zenfira Səfərova, Ruhəngiz Qasımova, Amaliya Pənahova, Aysel Teymurzadə, milli sahibkarlığımızın xeyriyyəçilik ənənələrini layiqincə yaşatdığına görə - Fəxriyyə Xələfova, Zərifə Həmzəyeva, Xəyalə Səfərova, Gülnar İsmayılova, Komitə ilə birgə səmərəli fəaliyyətinə görə - Zərifə Salahova, Mehriban Alışanova, Lidiya Rəsulova, Larisa Reyxridel və digərləri mükafatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti