...

Gürcüstanda 5 ballıq zəlzələ baş verib

Siyasət Materials 12 Aprel 2010 10:46 (UTC +04:00)
Bu gün səhər saat 6:30-da Gürcüstanın qərbində zəlzələ baş verib. Tbilisi seysmoloji mərkəzindən verilən məlumata əsasən, yeraltı təkanların gücü 5 bal təşkil edib.
Gürcüstanda 5 ballıq zəlzələ baş verib

Gürcüstan, Tbilisi, 12 aprel /Trend, müxbir N.Kirsxaliya/

Bu gün səhər saat 6:30-da Gürcüstanın qərbində zəlzələ baş verib. Tbilisi seysmoloji mərkəzindən verilən məlumata əsasən, yeraltı təkanların gücü 5 bal təşkil edib.

Zəlzələ Oni şəhərinin 13 kilometrliyində baş verib. Sözügedən yerdə ilyarım bundan öncə də 7 bal gücündə zəlzələ baş vermişdi.

Dağıntı və həlak olanlar haqqında hələlik məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti