...

Azərbaycan Prezidenti Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak edib

Siyasət Materials 29 Aprel 2010 15:35 (UTC +04:00)
Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak edib.
Azərbaycan Prezidenti Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak edib

Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Məlumat verilib ki, kompleksdə 150 nəfər daimi, 300 nəfər isə mövsümi işlə təmin olunacaq.

Sonra dövlətimizin başçısı Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev respublikamızda, o cümlədən Salyan rayonunda həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Rayon ictimaiyyəti və sahibkarlar adından çıxış edən Həziran Usubov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edib.

Xəbər lenti

Xəbər lenti