...

Bu həftə Azərbaycan və İsrail arasında siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 3 May 2010 12:40 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu həftə İsraildə siyasi əməkdaşlığın prespektivlərini müzakirə edəcək.
Bu həftə Azərbaycan və İsrail arasında siyasi məsləhətləşmələr keçiriləcək

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu həftə İsraildə siyasi əməkdaşlığın prespektivlərini müzakirə edəcək. Mayın 4-6-sı baş tutacaq səfər çərçivəsində iki ölkə arasında siyasi məsləhətləşmələr keçiriləcək. Bu barədə İsrailin Azərbaycandakı Səfirliyindən Trend-ə məlumat veriblər.

Səfər zamanı nazir müavini İsrail XİN-də bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti