...

Azərbaycan Diplomatik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Siyasət Materials 11 May 2010 10:57 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə akademiyanın əməkdaşları və magistrantları, eləcə də beynəlxalq münasibətlər üzrə qısamüddətli kurslar keçən müxtəlif nazirliklərin əməkdaşları iştirak ediblər.
Azərbaycan Diplomatik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Diplomatik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə akademiyanın əməkdaşları və magistrantları, eləcə də beynəlxalq münasibətlər üzrə qısamüddətli kurslar keçən müxtəlif nazirliklərin əməkdaşları iştirak ediblər.

Auditoriya qarşısında çıxış edən Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Heydər Əliyevi "bir nömrəli diplomat" adlandırıb və Ümummilli Liderin ötən əsrin uzaq və çətin 90-cı illərində ABŞ-a ilk səfərləri ilə bağlı xatirələrini bölüşüb. Rektor konkret misallarla Heydər Əliyevin vətənin milli maraqlarını müdafiə etdiyini, amerikalıları Qarabağ problemi barədə məlumatlandırdığını, prezidentlər Klinton və Buşla görüşlərindən ölkənin müstəqilliyinin möhkəmləndirilməsi üçün istifadə etməsi haqda danışıb.

"Heydər Əliyev dünya geosiyasətində əsl qrossmeyster idi. Heç də hər kəs Azərbaycanı müasirliyin dünya xəritəsinə onun kimi qoymağı bacarmazdı", - o deyib.

Daha sonra tələbələr Heydər Əliyevin ABŞ-a səfərlərinin təfərrüatları, onların Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində və ölkənin həqiqi müstəqil xarici siyasətinin qurulmasında  əhəmiyyəti haqda suallar veriblər.

Xəbər lenti

Xəbər lenti