...

Azərbaycan Prezidenti Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 14 May 2010 20:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan muğamının və xalq musiqisi incilərinin qorunub saxlanılmasında böyük xidmətlər göstərmiş ustad sənətkar Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında cümə günü sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan muğamının və xalq musiqisi incilərinin qorunub saxlanılmasında böyük xidmətlər göstərmiş ustad sənətkar Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinin keçirilməsi haqqında cümə günü sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mədəniyyət və Turizm Nazirliyinə Xarici İşlər Nazirliyi ilə birlikdə Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2011-ci ilin mart ayında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi, respublikanın xalq artisti Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyi tamam olur.

Cabbar Qaryağdı oğlu muğamlarımızın mahir ifaçısı kimi milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. O, qədim tarixi köklərə malik Azərbaycan muğam məktəbinin zəngin ənənələrini layiqincə davam etdirərək, öz fitri istedadı sayəsində xanəndələrin bugünkü nəsli üçün klassik ifaçılığın parlaq nümunəsini yaradıb.

Xəbər lenti

Xəbər lenti