...

Azərbaycan hərbi əməkdaşlıqla bağlı sazişin imzalanması üçün 27 ölkə ilə danışıqlar aparır - Müdafiə Nazirliyi

Siyasət Materials 21 May 2010 17:56 (UTC +04:00)
Azərbaycan hərbi əməkdaşlıqla bağlı sazişin imzalanması üçün 27 ölkə ilə danışıqlar aparır.
Azərbaycan hərbi əməkdaşlıqla bağlı sazişin imzalanması üçün 27 ölkə ilə danışıqlar aparır - Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan hərbi əməkdaşlıqla bağlı sazişin imzalanması üçün 27 ölkə ilə danışıqlar aparır.

"Hərbi texniki təhlükəsizlik sahəsində 27 ölkə ilə sazişin imzalanması nəzərdə tutulur. Bu ölkələr sırasında ABŞ, Avropa və Yaxın Şərq ölkələri də var", - bunu cümə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Azərbaycanın Müdafiə Nazirliyinin hazırda 30-a yaxın ölkə ilə hərbi əməkdaşlıq sazişi mövcuddur.

Xəbər lenti

Xəbər lenti