...

Azərbaycanın siyası partiyası dünya ölkələrinin prezidentlərinə müraciət edib (FOTO)

Siyasət Materials 7 İyun 2010 14:23 (UTC +04:00)
Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) dünya ölkələrinin prezidentlərinə terrorla birgə mübarizə aparmaqla bağlı müraciət edib.
Azərbaycanın siyası partiyası dünya ölkələrinin prezidentlərinə müraciət edib (FOTO)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M. Əliyev/

Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) dünya ölkələrinin prezidentlərinə terrorla birgə mübarizə aparmaqla bağlı müraciət edib. Bunu bazar ertəsi DADP-nin təşkil etdiyi "Terrorun sosial-siyasi aspektləri" adlı elmi-praktik konfransında partiya sədri Məmməd Əlizadə bildirib.

"Bu gün terror qlobal problem olmaqla bütün bəşəriyyəti narahat edir və heç bir ölkə terrorla tək mübarizə apara bilməz. Müraciətin məqsədi - dünya ölkələrini bir mərkəzdən terrora qarşı birgə mübarizə aparmağa səsləməkdir. Həmçinin, cəmiyyət dövlətin hüquq-mühafizə orqanları ilə birgə terror əməlinə qarşı mübarizəsini təşkil etməlidir", - Əlizadə bildirib.

Konfrans zamanı Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov "İslam dini terrorun əleyhinədir" məruzəsi ilə çıxış edərək, bəzi qüvvələrin terroru islamla eyniləşdirmək istədiklərini, lakin bunun kökündən yanlış bir fikr olduğunu bildirib. Professor "Quran"dan misallar gətirərək, İslamın terror əleyhinə olduğunun şərhini açıqlayıb.

"Azərbaycan terrorun qurbanıdır - erməni terrorçu təşkilatları 30-dan artıq terror aktı törədib və bu aktlar nəticəsində 2 000-dən çox azərbaycanlı həlak olub", - Qurbanov bildirib.

Xəbər lenti

Xəbər lenti