...

Azərbaycanın Xalq-Sosialist Partiyası Avropa İttifaqı ilə əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Siyasət Materials 7 İyun 2010 19:35 (UTC +04:00)
Ukrayna Sosialist Partiyasının sədrliyi ilə iyunun 17-də Kiyev şəhərində MDB ölkələrinin sosialist və sosial-demorat partiyalarının Koordinasiya Şurasının ikinci iclası keçiriləcək.
Azərbaycanın Xalq-Sosialist Partiyası Avropa İttifaqı ilə əməkdaşlığın perspektivlərini müzakirə edəcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir M.Əliyev/

Ukrayna Sosialist Partiyasının sədrliyi ilə iyunun 17-də Kiyev şəhərində MDB ölkələrinin sosialist və sosial-demorat partiyalarının Koordinasiya Şurasının ikinci iclası keçiriləcək. Bu barədə Azərbaycan Xalq-Sosialist Partiyasının (AXSP) məlumatında deyilir.

Gündəlikdə keçmiş sovet məkanında iqdisadi inkişaf əlaqələrinin genişləndirilməsi, Ukraynanın MDB ölkələri ilə son prezident seçkilərindən sonra əlaqələri, MDB ölkələrinin Avropa İttifaqı ilə əlaqələrinin perspektivləri və sosialistlərin buna baxışı, forum üzvlərinin - partiyaların müstəqil informasiya meydançasının yaradılması məsələlərinin müzakirəsi gözlənilir.

İclasda Azərbaycan Xalq-Sosialist Partiyasının sədri Rövşən Hüseynov iştirak edəcək. Hüseynovun Ukrayna Sosialist Partiyasının sədri ilə təkbətək görüşü planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti