...

Ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi əhalidə gələcəyə böyük ümidlər yaratdı - deputat

Siyasət Materials 11 İyun 2010 15:30 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı, - Trend-in məlumatına görə, bunu millət vəkili Eldar İbrahimov hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına müsahibəsində deyib.
Ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi əhalidə gələcəyə böyük ümidlər yaratdı - deputat

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı, - Trend-in məlumatına görə, bunu millət vəkili Eldar İbrahimov hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına müsahibəsində deyib.

"Ovaxtkı AXC - Müsavat cütlüyü Heydər Əliyevin nüfuzundan qorxurdu. Ona görə də ozamankı hakimiyyətin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Lakin xalq öz böyük oğlunu müdafiə etdi, onunla birlikdə olduğunu bir daha sübuta yetirdi. İlk dövlət çevrilişinə cəhdin qarşısı alındı. Bu artıq Heydər Əliyev - xalq birliyinin sarsılmaz olduğunun əyani sübutu idi", - deputat bildirib.

Heydər Əliyevin hakimiyyətə qayıdışının misilsiz faydasının olduğunu deyən İbrahimovun sözlərinə görə, bu tarixi qayıdış Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu.

İbrahimov deyib ki, Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra, ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı.

"Ulu öndərin Naxçıvanda başladığı milli qurtuluş savaşının əsl zəfər yürüşü başlandı. Tezliklə separatçıların respublikanı parçalamaq kimi məkrli niyyətlərinə layiqli cavablar verildi", - millət vəkili vurğulayıb.

İbrahimov deyib ki, bugünün fövqündən baxanda, Azərbaycanın gələcəyi işıqlı və firavan görünür.

"Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi, cənab İlham Əliyevin əlindədir", - millət vəkili qeyd edib.

Xəbər lenti

Xəbər lenti