...

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüşdə iştirak edib

Siyasət Materials 19 İyun 2010 04:20 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti iyunun 17 - də BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüşdə iştirak edib
Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüşdə iştirak edib

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxb. İ.Hüseynov/

Azərbaycan nümayəndə heyəti iyunun 17 - də BMT Baş Assambleyasında Mütəşəkkil Cinayətkarlıq üzrə yüksək səviyyəli görüşdə iştirak edib, bu barədə məlumatı  Trend-ə şənbə günü Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən veriblər.

Ölkəmiz görüşdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini V.Eyvazovun başçılıq etdiyi, Baş Prokurorun müavini R.Usubovun, Ali Məhkəmənin Hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının Sədri Ş. Yusifovun, İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı E.Orucovun daxil olduğu nümayəndə heyəti ilə təmsil olunub.

Müzakirələrdə cənab V.Eyvazov çıxış edib. Çıxışı zamanı o, ölkəmizin insan alveri, narkotik vasitələrin və silahların qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya və digər cinayətlərlə mübarizəsi, bu sahədə dünya dövlətləri, eyni zamanda beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq və  milli qanunvericiliyimizin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti