...

Azərbaycan FHN Bakıda üçmərtəbəli binanın çökməsi ilə bağlı rəsmi məlumat yayıb

Siyasət Materials 19 İyun 2010 14:11 (UTC +04:00)
Azərbaycan Fövqəladə Hallar Nazirliyi cümə günü gecə Bakıda üçmərtəbəli binanın çökməsi ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan FHN Bakıda üçmərtəbəli binanın çökməsi ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Fövqəladə Hallar Nazirliyi cümə günü gecə Bakıda üçmərtəbəli binanın çökməsi ilə bağlı rəsmi məlumat yayıb.

FHN-in rəsmi internet saytının şənbə günü yaydığı məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Əmir Bağırov küçəsi, 18 ünvanında yerləşən üçmərtəbəli binada çökmə ilə bağlı əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 6 qaçqın ailəsinin məskunlaşdığı üçmərtəbəli transformator binasının pilləkən qəfəsi hissəsi uçub.

Xilasedicilər hadisə yerində təhlükəsizlik tədbirləri görüb, 5 nəfəri xilas, 20 nəfəri isə təxliyyə edib, həmçinin digər insanları təhlükəsiz məsafəyə uzaqlaşdırıblar. Əməliyyat dünən saat 23:50-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti