...

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Belarus Respublikasının kreditlə bağlı müraciətinə münasibət bildirib

Siyasət Materials 29 İyun 2010 19:17 (UTC +04:00)
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun Trend agentliyinə şərhi
Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov Belarus Respublikasının kreditlə bağlı müraciətinə münasibət bildirib

Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun Trend agentliyinə şərhi

- Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko "Euronews" telekanalına müsahibəsində bildirib ki, Belarusun qaza görə Rusiyaya olan borcunun ödənilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib və bununla bağlı razılıq alıb. Bu barədə nə deyə bilərsiniz?

- İyun ayının 21-də Belarus Respublikasının Baş naziri S.Sidorski tərəfindən Azərbaycan Respublikası Baş naziri A.Rasi-zadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət edilmişdir.

Bununla bağlı Azərbaycan Respublikası Prezidentinə məruzə edilmiş, Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq vermişdir.

Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin həcmi 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilmişdir. Kreditlə bağlı bütün lazımı sənədlər imzalanmışdır.

Xəbər lenti

Xəbər lenti